"Strazburq"futbolçusu Dieqo Moreyra karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" belçikalı yarrımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhəngi 20 yaşlı oyunçu üçün Fransa klubu ilə danışıqlara başlayacaq. Gənc futbolçu ilə İtaliyanın "Yuventus" klubu da maraqlanır.
Qeyd edək ki, "Strazburq" Dieqo Moreyranı ötən ilin yayında "Çelsi"dən transfer edib. Bellçika millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi