İyulun 7-dən etibarən yeni mövsümün hazırlıqlarına start verən “Sumqayıt” Futbol Klubu məşqlərini iyulun 24-dək “SOCAR Polymer Arena”da keçirəcək.
Sportal.az xəbər verir ki, ayın 25-də Qəbələyə yola düşəcək komanda hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.
Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Rəqiblərin kimliyi və oyunların keçirilmə vaxtı barədə klubun rəsmi media platformalarında məlumat veriləcək.
saytlarin hazirlanmasi