"İnter"in yarımmüdafiəçisi A Seriyasında klubunu dəyişdi

18:07 - 25 Avqust 2025

İtaliyanın "Torino" klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "İnteer"dən Kristian Aslanini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Torino" albaniyalı futbolçu üçün 1,5 milyon avro icarə haqqı ödəyib. Onlar 12 milyon avro ödəməklə 23 yaşlı dayaq yarımmüdaqfiəçisinin transfer hüquqlarına yəyilənə bilərlər.

Qeyd edək ki, "İnter" Kristian Aslanini 2022-ci ilin yayında "Empoli"dən transfer edib. Albaniya millisinin üzvü ötən mövsüm "qara-göylər"in heyətində meydana çıxdığı 39 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmək ilə yadda qalıb.

Xəbər xətti