Superliqa klubu Danimarka millisinin forvardına təklif göndərdi

13:47 - 24 Avqust 2025

Danimarka millisinin və “Kopenhagen”in hücumçusu Andrea Kornelius karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı forvard “Konyaspor”un transfer siyahısındadır. 

Superliqa təmsilçisi Korneliusu heyətinə qatmaq üçün artıq danışıqlara başlayıb. Onun “Kopenhagen”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 

Təcrübəli futbolçu karyerası ərzində “Kardiff Siti”, “Atalanta”, “Bordo”, “Parma”, “Trabzonspor” komandalarında oynayıb.
 

Xəbər xətti