"Qalatasaray" Türkiyə Super Liqasının 3-cü turu çərçivəsində səfərdə "Kayserispor"un qonağı olacaq.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin səfər oyunu üçün heyəti məüyyənləşib. Barış Alper Yılmaz və Mario Lemina komanda ilə birlikdə Kayseriyə aparılmayıb.
Barış Səudiyyə Ərəbistanının NEOM klubunun transfer siyahısında yer alıb. Ərəblər 25 yaşlı vinger üçün "Qalatasaray"a 30+5 milyon avroluq təklif göndərib.
"Sarı-qırmızılar" bu təklifi qəbul etməyib. NEOM-dan yüksək maaş təklifi alan Türkiyə millisinin üzvü Səudiyyə Ərəbistanına getmək istəyir. Futbolçu komandanın dünənki məşqinə də qatılmayıb.
Barış bu gün baş məşqçi Okan Burukla görüşüb. Bu görüşdən sonra onun "Kayserispor"la səfər matçına aparılmaması qqərara alınıb.
saytlarin hazirlanmasi