"Qalatasaray"ın istədiyi futbolçu "Mançester Siti"nin heyətinə daxil edilmədi

15:34 - 23 Avqust 2025

Müdafiəçi Manuel Akanci və yarımmüdafiəçi İlkay Gündoğan "Mançester Siti"nin bu gün Premyer Liqada "Tottenhem"lə keçirdiyi oyunun heyətinə daxil edilməyib.

Sportal.az xəbər verir ki, hər iki oyunçunun növbəti həftə klubdan ayrılacağı gözlənilir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Akanci və Gündoğan baş məşqçi Pep Qvardiolanın gələcək planlarına daxil deyil. 

Qeyd edək ki, "Qalatasaray" Manuel Akanci üçün "Mançester Siti"yə rəsmi təklif göndərib. İsveçrəli mərkəz müdafiəçisinin adının bügünlü matçın heyətinə daxil edilməməsi onun Türkiyə klubuna keçmək ehtimalını artırır.

Xəbər xətti