“Neftçi”dən ayrıldı, “Turan Tovuz”a keçir

15:09 - 22 Avqust 2025

Yay fasiləsində “Neftçi”dən ayrılan Höccət Haqverdinin klubsuz günləri başa çatmaq üzrədir.

Sportal.az Futbolinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan millsinin üzvü “Turan Tovuz”la anlaşmağa yaxındır.

Tovuz təmsilçisi 32 müdafiəçinin tələb etdiyi məbləği ödəsə, futbolçu tezliklə klubun düşərgəsinə qoşulacaq. Hazırda Bakıda olan Haqverdinin qərblilərlə danışığı son mərhələdədir.

Daha öncə müdafiəçi maliyyə mövzusunda razılığa gələ bilmədiyindən  “Araz-Naxçıvan” və “Sumqayıt”ın təklifini rədd etmişdi. Onun Asiya ölkələrindən birinə yollanması da bu üzdən baş tutmadı.

Qeyd edək ki, Höccət Haqverdi 2023-2025-ci illərdə “Neftçi”də çıxış edib.

Xəbər xətti