Türkiyə millisinin üzvü "Milan"ın hədəfində

13:35 - 23 Avqust 2025

Malik Tiavı "Nyukasl"a satan "Milan" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" "Əl-Əhli"də çıxış edən Merih Demiralı transfer etmək istəyir. Bu barədə"Corriere della Sera" nəşri məlumat yayıb.

A Seriyası nəhəngi Səudiyyə Ərəbistanı klubu ilə 1 illik müqaviləsi qalan 27 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Merih Demiral ötən mövsüm "Əl-Əhli"nin heyətində meydana çıxdığı 44 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyə millisinin üzvü İtaliyada daha əvvəl "Sassuolo", "Yuventus" və "Atalanta"nı formasını geyinib.

Xəbər xətti