"İnter" "Fənərbaxça"nın müdafiəçisi Yusuf Akçiçeki transfer etmək istəyir.
Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi türkiyəli futbolu üçün İstanbul klubuna rəsmi təkliflə müraciət edib. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
"İnter" Yusuf üçün 16 milyon avroluq təklif göndərib. "Fənərbaxça" bu təklifi qəbul etməyib. Onlar 19 yaşlı mərkəz müdafiəçisini 20 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.
Qeyd edək ki, Yusuf Akçiçek 2019-cu ildə "Fənərbaxça"nın akademiyasına qoşulub. Türkiyə millisinin üzvü ötən mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi