Braziliyalı "Qarabağ"a görə bu klubdan imtina edib - Ağdam klubunun tanışı onu istəyib

13:22 - 24 Avqust 2025

“Qarabağ”ın bu yay heyətinə qatdığı Pedro Bikalyo Avropanın bir çox klublarından təklif alıb.

Sportal.az saytına verilən məlumata görə, braziliyalını “Qarabağ” qədər israrla istəyən digər klub APOEL olub.

Avrokuboklarda "Qarabağ"la 2 dəfə rəqib olmuş APOEL Bikalyo ilə Portuqaliyada oynadığı vaxtda danışıqlar da aparıb. 

Lakin Pedro Ağdam klubuna keçməyi seçib. O, Kipr nəhəngindən imtina edərək, “Qarabağ”la müqavilə imzalamağa razılıq verib.

Qeyd edək ki, 24 yaşlının “Qarabağ”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “Palmeyras”, “Santa Klara”, “Vitoriya”, “Alverka” komandalarında oynayıb.

Xəbər xətti