"Marsel" futbolçuları dava edən komanda yoldaşının geri dönməsini istəyirlər

00:07 - 25 Avqust 2025

"Marsel" futbolçuları Adrien Rabyonun komandaya qayıtmasını istəyirlər. Rabyo və Conatan Rou komandanın Liqa 1-in ilk turunda “Renn”ə (0:1) məğlubiyyətindən sonra soyunma otağında baş verən davadan dolayı transferə çıxarılmışdılar. Sonradan Rou 19,5 milyon avroya “Bolonya”ya keçdi.

Sportal.az xəbər verir ki, "TF1"in məlumatına görə, baş məşqçi Roberto De Dzerbi isə Rabyo ilə bağlı münaqişəni həll etməyə hazır olduğunu bildirib:

“Hər şeyin əvvəlki kimi olacağına şans var. Adrien yaxşı insandır, iqtisadi tərəflərdən danışanlar yalan danışırlar. Mən problemi həll etmək üçün hər şeyə hazıram".

"Marsel" rəhbərliyi De Dzerbinin Rabyonun komandadan uzaqlaşdırılması ilə bağlı mövqeyini dəyişəcəyini gözləmirdi. Bundan əlavə, fransız klubunun futbolçuları da yarımmüdafiəçinin qayıdışını istəyirlər, çünki Adrien hələ də komandada böyük nüfuza malikdir.

Xəbər xətti