"Biz qol vurduq və sonra oynamağı unutduq" - Ruben Amorim

23:30 - 24 Avqust 2025

İngiltərə Premyer Liqasında II turu çərçivəsində  səfərdə "Fulhem"in qonağı olan "Mançester Yunayted" 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, oyundan sonra Ruben Amorimoyun haqda fikirlərini bildirib:

"Biz qol vurduq və sonra oynamağı unutduq. Qalib gəlmək istəyimiz çox güclüdür və bu, yaxşı hissdir. Amma qol vurandan sonra meydanda hamı düşündü: “İndi üstünlüyü qoruyaq və qalib gələk”. Məncə isə belə anlarda əksinə, daha çox təzyiq etməliyik. Maksimum yüksək pressinq etməyə çalışdıq və nəticədə meydanda boş zonalar qaldı.

Bizim çox böyüməyimiz lazımdır. Amma mənim üçün ən önəmlisi odur ki, futbolçular həftə boyu çox çalışdılar və bu gün də çox çalışaraq oynadılar. Biz daha güclü olacağıq".

Xəbər xətti