"Qarabağ"dan yeni transfer - SON DƏQİQƏ

19:54 - 25 Avqust 2025

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az İdmanxeber.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi kolumbiyalı sol vinger Kamilo Duranla anlaşıb. 23 yaşlı futbolçu yaxın günlərdə Bakıya gələcək.

Portuqaliyanın “Portimonense” klubundan transfer edilən Duran bir dönəm Kolumbiya U-20 millisinin də formasını geyinib.

Duran ötən mövsüm Portuqaliya 2-ci liqasında 26 oyunda çıxış edib və 5 qol vurub.

Xəbər xətti