Azərbaycanlı futbolçu Afrika klubu ilə müqavilə imzaladı

14:07 - 12 Sentyabr 2025

Turan Manafov karyerasını Cənubi Afrika Respublikasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu "Stellenboş"la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan milli komandasının sabiq üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Turan Manafov son olaraq "Kəpəz"də çıxış edib. 27 yaşlı sol cinah müdafiəçisi daha əvvəl "Zaqatala", "Səbail", "Olimpiakos" (Volou) və "Araz-Naxçıvan"ın formasını geyinib.

Xəbər xətti