"Barselona"nın futbolçusu "Real"a qarşı oynamayacaq

15:29 - 13 Oktyabr 2025

İspaniya milli komandasının düşərgəsində zədələnən Dani Olmonun durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Barselona"nın futbolçusunda əzələ zədəsi aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, La Liqada "Jirona", "Real", Çempionlar Liqasında isə "Olimpiakos"la matçda komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Barselona" Dani Olmonu 2024-cü ilin yayında "Leypziq"dan transfer edib. Təcrübəli oyunçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydaana çıxdığı 10 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti