I Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Şahdağ Qusar" futbol klubunun üzvü Ruslan Voronsov mükafatlandırılıb.
Sportal.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı VI turun "Cəbrayıl" - "Şahdağ Qusar" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.
saytlarin hazirlanmasi