"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turu çərçivəsində növbəti matçına çıxıb.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə İspaniya təmsilçisi "Atletik"lə üz-üzə gəlib. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
UEFA Çempionlar Liqası
III tur
20:45. “Atletik” - “Qarabağ” 3:1
Qollar: Q.Quruzeta , 40, 88, R.Navarro,70, - Leandro Andrade 1
Baş hakim: İqor Payaç (Xorvatiya)
Bilbao, “San Mames” stadionu