“Neftçi”nin yeni transferi Vensan Abubakar öncə klubdan daha yüksək məbləğ istəsə də, sonda Bakı klubuna keçməyə razı olub.
Sportal.az saytına verilən məlumata görə, kamerunlu futbolçu son anda “Neftçi”yə görə iki klubdan imtina edib.
Abubakarı Meksikanın “Queretaro” və Türkiyənin “Pendikspor” klubları transfer etmək istəyib.
Lakin Abubakar “Neftçi” variantı üzərində qalmağa üstünlük verib. Kamerun millisinin hücumçusu “Neftçi” ilə 1+1 illik müqavilə imzalayıb.