Debüt etmədən "Zirə"dən ayrıldı - RƏSMİ

14:28 - 22 Oktyabr 2025

Zirə" Vinsent Tillə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuaat xidməti məlumat yayıb.

Lüksemburqlu vingerlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Vinsent Till yayda "Sabah"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Zirə"yə keçmişdi. 25 yaşlı futbolçu zədə səbəbindən "qartallar"ın heyətində rəsmi oyunlarda debüt edə bilməyib.

Xəbər xətti