İspanların gətirdiyi qələbə - "Turan Tovuz"da olan, "Neftçi"də çatışmayan xüsusiyyət

16:45 - 24 Oktyabr 2025

9-cu turun açılış matçında "Karvan-Yevlax"ı məğlub eləyən "Turan Tovuz" yenə zirvəni ələ keçirdi. Çoxları bu qələbəni gözləyirdi, amma bu qədər çətin olacağını ehtimal edənlər az idi. 

Berdiyevin komandası ilk hissədə çox boz oynadı. İrəlidə heç nəylə yadda qalmayan "Turan Tovuz" ikinci hissədə yenik duruma düşdü. Fasilədən sonra "Karvan-Yevlax"a əks-hücum şansları verən "Turan Tovuz" bunun acısını çəkdi.

Amma yenə də "Turan Tovuz" ən yaxşı xüsusiyyətini ortaya qoydu. Kurban Berdiyevin komandası hətta oyunu alınmayanda da, qələbə çıxartmağı bacaran kollektivdir. Bu dəfə də belə oldu. Buraxılan qoldan sonra hərəkəti artıran Tovuz təmsilçisi Serrano və Olabenin qolları ilə növbəti üç xalı aktivinə yazdı. 

Məsələn, azarkeşlərin qınağına gələn "Neftçi"də çatışmayan əsas cəhət budur. Həmin "Karvan-Yevlax"la təkqapı oynayan, xeyli üstün olduğu matçlardan belə qələbə ilə ayrıla bilmirlər. "Turan Tovuz" bu baxımdan oyundan gözləntisini almağı bacaran komandadı, ona görə də zirvədədir. 

Həmid

Xəbər xətti