"Qarabağ"la oyunda zədələnən futbolçunun durumu bəlli oldu

15:17 - 24 Oktyabr 2025

UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Qarabağ"la oyununda zədələnən İnaki Uilyamsın durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "Atletik"in kapitanının sağ ayaq əzələsində zədə aşkarlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qana millisinin üzvünün yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" qarşılaşması Bilbao təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb

Xəbər xətti