"Yuventus" Türkiyə millisinin forvardı üçün hərəkətə keçdi

12:34 - 24 Oktyabr 2025

"Yuventus" Türkiyə millisinin daha bir üzvünü heyətinə qatmaq istəyir. 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, söhbət “Porto”nin forvardı Deniz Güldən gedir.

"Qoca sinyora" 21 yaşlı hücumçunu qışda icarəyə götürməyi planlaşdırır. O, bu müddətdə özünü doğruldarsa, “Yuventus” forvard üçün lazım olan təzminatı ödəyərək uzunmüddətli müqavilə imzalamaq istəyir.

İsveçdə dünyaya gəlmiş Deniz “Hammarbü”nün yetirməsidir. O, 2024-cü ildən “Porto”nun formasını geyinir. Gülün Portuqaliya nəhəngi ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
 

Xəbər xətti