"Neftçi"nin sabiq məşqçisi, Türkiyədə baş məşqçi kimi hazırda fəaliyyət göstərən Mehmet Ak Sportal.az saytına açıqlama verib.
O, "Beşiktaş"ın keçmiş hücumçusu Vensan Abubakarın "Neftçi"yə transferindən danışıb.
Akın fikrinə görə, kamerunlu forvard "ağ-qaralar"a xeyir verə bilər:
"Vensan Abubakar yaxşı oyunçudur. Amma son durumu və "Neftçi"nin hazırkı vəziyyətini nəzərə alsaq, mən Azərbaycan çempionatı üçün çox da yaxşı transfer olacağını düşünmürəm. Ötən mövsüm Abubakarın "Hatayspor"dakı performansı çox pis keçdi. "Beşiktaş"dakı zamanı da ortadadır. Uzun müddətdir ki, futbol oynamır. Əgər yaxşı məşqlər edibsə, matç kondisiyası tapmağı 3-4 həftə, hətta 5 həftə ala bilər. Müqavilə şərtləri nədir, bilmirəm. Qısa zamanda "Neftçi" üçün 101 faiz performans sərgiləyəcəyini də düşünmək olar. Hər halda, zaman hər şeyi göstərəcək. Abubakar əslində çox yaxşı, çox qüvvətli futbolçudur. O, hazır olarsa, "Neftçi"yə xeyir verə bilər. İndiki əsas məsələ hazır olub-olmamasıdır. Yoxsa, hazırlığı yaxşıdırsa, "Neftçi"yə meydanda xeyir verə bilər".
Mirbağırağa
saytlarin hazirlanmasi
