Xabi Alonso: "O, gəncdir, amma indidən böyük futbolçudur”

10:34 - 24 Oktyabr 2025

“Real”ın baş məşqçisi Xabi Alonso türkiyəli yarımmüdafiəçisi Arda Gülər haqda danışıb.

Sportal.az “AS” nəşrinə istinadən xəbər verir ki, ispan məşqçi Gülərin inkişafda olduğunu bildirib:

"Arda hər cəhətdən inkişaf edir. Unutmayaq ki, onun cəmi 20 yaşı var. Yaşını və keyfiyyətini nəzərə alsaq, onu dəstəkləməliyik - qərar qəbul etməsində və təzyiqdə inkişaf etməlidir, amma bir çox yaxşı keyfiyyətləri var. O, oyuna çox məna qatır. Oynayanda daha yaxşı komanda dinamikası olur. Onun irəliləyişindən çox məmnunam, amma daha çox şey istəyirik. Virtz "Bayer"də də eyni idi. O, gəncdir, amma artıq əla oyunçudur. Hələ də inkişaf edir, amma çox yüksək səviyyədədir, indidən böyük futbolçudur”.

Arda Gülərin "Real"la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

Xəbər xətti