"Konfrans Liqası tarixində ən yaşlı qol vuran oyunçu olduğumu bilmirdim"

13:18 - 24 Oktyabr 2025

“Fiorentina”nın hücumçusu Edin Dzeko Konfrans Liqasının ikinci oyun günündə Avstriyanın “Rapid”(Vyana) klubuna qarşı səfərdə qazanılan 3:0 hesablı qələbəni şərh edib. 

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, 39 yaşlı forvard bu görüşdə fərqlənərək,  Konfrans Liqasında ən yaşlı qol vuran oyunçu ünvanına sahib çıxıb. Bosniyalı futbolçu bu barədə məlumatsız imiş:

"Konfrans Liqası tarixində ən yaşlı qol vuran oyunçu olduğumu bilmirdim. Bu, yeni turnirdir və insanlar tez-tez mənim yaşımdan danışırlar. Qol vurduğum üçün xoşbəxtəm. Bu yarış bu mövsüm bizim üçün çox vacibdir. Bir sıra zəif nəticələrdən sonra yenidən uğur qazanmaq istəyirdik. İlk səkkizliyə çatmaq niyyətindəyik. ona görə də bu qələbə çox əhəmiyyətlidir. Hər matç çətindir və bu da istisna deyildi".

Qeyd edək ki, iki oyundan 6 xal toplayan Florensiya təmsilçisi liderdir. 
 

Xəbər xətti