Azərbaycanda oynamış tanınmış Gürcüstan yığmasında

09:48 - 5 Yanvar 2026

"İnter"in (hazırkı “Şamaxı”) keçmiş müdafiəçisi Zurab Xizanişvili Gürcüstanda baş məşqçi kimi çalışacaq.

Sportal.az xəbər verir ki, təcrübəli nəşqçi U-19 yığmasına rəhbərlik edəcək.

44 yaşlı mütəxəssis əvvəllər Gürcüstanın U-21, A millilərində köməkçi kimi fəaliyyət göstərib. Son olaraq isə o, U-16 yığmasını çalışdırırdı. 

Qeyd edək ki, Zurab Xizanişvili 2015-2017-ci illərdə "İnter"in formasını geyinib. 

Xəbər xətti