6 qol vuruldu, "Zirə" Rumıniya klubu ilə heç-heçə etdi

19:32 - 12 Yanvar 2026

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən "Zirə" bu gün ilk yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu gün Rumıniyanın "Çiksereda" klubu ilə qarşılaşıb. Matç 3:3 hesablı bərabərliklə başa çatıb.

Azərbaycan təmsilçisinin heyətində Rövlan Muradov iki dəfə penaltidən fərqlənib. Digər qolu isə Namik Ələskərov vurub.

Qeyd edək ki, "Zirə" yanvarın 16-da Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.

Xəbər xətti