"Fənərbaxça" hücumçusu ilə yollarını ayırdı

16:57 - 15 Yanvar 2026

Türkiyənin "Fənərbaxça" klubunda ayrılıq yaşanıb.

Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi Cenk Tosunla yollarını ayırıb. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Türkiyə millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 34 yaşlı forvardın "Kasımpaşa"ya keçəcəyi gözlənilir.

Qeyd edək ki, Cenk Tosun "Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılmışdı.

Xəbər xətti