"Barselona"nın 18 yaşlı futbolçusu komandanı tərk edir - İngiltərə və Almaniyadan təkliflər var

23:19 - 16 Yanvar 2026

Yarımmüdafiəçi Dro Fernandes qışda “Barselona”nı tərk edəcək.

Sportal.az "Diario Sport"a istinadən xəbər verir ki, cümə günü səhər saatlarında 18 yaşlı futbolçu komandanın baş məşqçisi Hansi Flikə ayrılmaq qərarı barədə məlumat verib. Klub 6 milyon avro alacaq. Bu məbləğ futbolçunun müqaviləsində sərbəstqalma (transfer) məbləği kimi göstərilib. Yarımmüdafiəçinin İngiltərə və Almaniyadan təklifləri var.

Yaxın günlərdə oyunçu ailəsi və agentləri ilə görüşərək müxtəlif variantları dəyərləndirəcək. “Barselona”da bu qərar təəccüb doğurub və klub Dronu saxlamağa cəhd göstərə bilər.

Qeyd edək ki, “Barselona” Fernandeslə müqaviləni uzatmağı planlaşdırırdı, lakin idman direktoru Deko sövdələşməni vaxtında yekunlaşdıra bilməyib. Dro yanvarın 12-də 18 yaşını tamamlayıb.

Xəbər xətti