Qırğızıstan millisinin müdafiəçisinin Azərbaycan klubuna keçidi baş tutmadı - məşqçilər korpusu bəyənmədi

14:35 - 19 Yanvar 2026

"Alay"ın müdafiəçisi Ulanbek Suleymanov karyerasını Azərbaycanda davam etdirmək şansı qazanıb.

Sportal.az saytına verilən məlumata görə, "Sumqayıt" qırğız müdafiəçini Türkiyə toplanışı zamanı baxışa dəvət edib.

Amma o, məşqçilər korpusunun etimadını qazanmayıb. Belədə, futbolçu “Alay”a geri qayıdıb.

Mərkəz müdafiəçisi Qırğızıstan millisinin üzvüdür. Onun Oş təmsilçisi ilə müqavilə müddəti 2026-cı il dekabrın 31-nə qədərdir. 

Mirbağırağa
 

Xəbər xətti