"Neftçi" braziliyalı futbolçu üçün Kipr klubuna nə qədər ödəyib?

15:56 - 10 Fevral 2026

"Neftçi" "Etnikos"dan hücumameyilli yarımmüdafiəçi Breno Almeydanı transfer edib.

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın braziliyalı futbolçu üçün Kipr klubuna nə qədər təzminat ödədiyi məlum olub.

Nüfüzlu "Tranfermarkt" nəşrinin məlumatına görə, 27 yaşlı ön xətt oyunçusunun transferi Azərbaycan klubuna 200 min avroya (404 860 manat) başa gəlib.

Qeyd edək ki, "Neftçi" Breno Almeyda ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Xəbər xətti