"Azərbaycan milli komandasından və "Neftçi"dən təklif almışdıq" - türkiyəli məşqçi

17:16 - 23 Fevral 2026

Türkiyəli məşqçi Önder Karaveli Azərbaycandan təklif aldıqlarını bildirib.

Sportal.az xəbər verir ki, Abdullah Avcının köməkçisi olan 51 yaşlı mütəxəssis "Sports Zone"a verdiyi açıqlamada bir müddət əvvəl həm milli komandamızdan, həm də "Neftçi"dən onlara təklif olduğunu deyib:

"Abdullah Avcı ilə işləyirik. Abdullah bəy seçici davranır. Xarici seçimlər daha xoş olardı. İran və Azərbaycan milli komandalarından təkliflər gəldi. "Neftçi"dən də təklif almışdıq. Bəzi Avropa ölkələrinin milli komandalarından təkliflər oldu. Hazırda bir neçə klubdan da təkliflər var".

Xəbər xətti