"Barselona" 3 xalı 3 qolla qazanaraq liderliyə yüksəldi - VİDEO

22:07 - 22 Fevral 2026

İspaniya La Liqasında XXV turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, doğma meydanda "Levante"ni qəbul edən "Barselona" 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Barselona" xallarının sayını 61-ə yüksəldərək liderliyə yüksəlib. "Real" Kataloniya klubundan 1 xal geri qalır. "Levante" isə 18 xalla 19-cudur.

İspaniya La Liqası

XXV tur

"Barselona" - "Levante" 3:0

Qollar: M.Bernal, 4, F. De Yonq, 32, Fermin, 81

Xəbər xətti