Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul nəhənginin kapitanı Milan Şkrinyar sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Slovakiyalı futbolçu UEFA Avropa Liqası pley-off mərhələsinin "Notiingem Forest"lə ilk matçında (0:3) qasıq nahiyəsindən zədə alıb. 31 yaşlı mərkəz müdafiəçisinin təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.
Qeyd edək ki, "Milan" Şkrinyar bu mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 1 məhssuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
