Futbol üzrə Azərbaycan I Liqasında XV tura yekun vurulub.
Sportal.az xəbər verir ki, turun son günündə "Zaqatala" doğma meydanda "Difai"ni qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Zaqatala" 21 xalla 6-cı, "Difai" isə 12 xalla 9-cu sırada yer alıb.
I Liqa, XV tur
19 fevral
"Zaqatala" - "Difai" 2:1
Qollar: K.Qardaşlı, 61, 65 - V.Ondo, 12
