Canni İnfantino Çempionlar Liqasında "Real"la "Benfika" (1:0) arasında keçirilən matçda baş verən qalmaqallı vəziyyəti şərh edib.
Sportal.az xəbər verir ki, FİFA prezidentinin adından yayılan bəyanatda bunlar qeyd olunub:
“Mən "Benfika" ilə "Real" arasında keçirilən UEFA Çempionlar Liqası oyununda Vinisius Juniora qarşı iddia olunan irqçilik hadisəsini görəndə şoka düşdüm və kədərləndim.
Nə idmanımızda, nə də cəmiyyətdə irqçiliyə yer yoxdur – bütün maraqlı tərəflər tədbir görməli və günahkarları məsuliyyətə cəlb etməlidir.
FİFA olaraq biz qlobal anti-irqçilik kampaniyası və Oyunçular Şurası vasitəsilə futbolçuların, hakimlərin və azarkeşlərin hörmət və müdafiəsini təmin etməyə, belə hallar baş verdikdə isə uyğun tədbirlərin görülməsinə çalışırıq. Oyunu dayandırmaq və vəziyyəti həll etmək üçün əl işarəsi ilə anti-irqçilik protokolunu işə salan hakim Fransua Leteksyenin addımını yüksək qiymətləndirirəm.
FİFA və futbol ictimaiyyəti irqçiliyin və istənilən ayrı-seçkiliyin qurbanları ilə tam həmrəydir. "
saytlarin hazirlanmasi
