"Bu, qisas yox, əsas hədəfdir" - Arbeloa "Benfika" ilə matç barədə

23:33 - 16 Fevral 2026

Alvaro Arbeloa “Benfika” ilə Çempionlar Liqasının pley-off mərhələsindəki qarşılaşma öncəsi gözləntilərini bölüşüb. İlk oyun Lissabonda, Estadio da Luz stadionunda keçiriləcək.

Sportal.az xəbər verir ki, Arbeloa bildirib ki, “Benfika” həm fərdi keyfiyyətlərə malik oyunçulara sahibdir, həm də yüksək motivasiya ilə oynayır:

“Onların fərdi istedadları var. Üç həftə əvvəl necə oynayıblarsa, sabah da eyni ruhda olacaqlar. Komandada oyunun tempini və mübarizə ruhunu müəyyən edən lider var. Bizi çox rəqabətli və çətin matç gözləyir, buna hazır olmalıyıq.”

Joze Mourinyonun “yaralı Real” ifadəsinə münasibət bildirən Arbeloa qisas hissini rədd edib:

“Xeyr. Biz həmişə qələbəni düşünürük. Məqsədimiz sadəcə ‘Benfika’nı turnirdən kənarlaşdırmaq deyil, Çempionlar Liqasını qazanmaqdır. Pley-offa yüksəlmək qisas deyil, hədəfdir.”

Xəbər xətti