Türkiyənin "Gənclərbirliyi" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Levent Şahin çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Gənclərbirliyi" Metin Diyadinlə yollarını ayırıb. Levent Şahin isə son olaraq Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunda baş məşqçi Fatih Terimin köməkçisi vəzifəsində çalışıb.
saytlarin hazirlanmasi
