PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-də “Renn”ə 1:3 hesablı məğlubiyyətdən sonra Ousmane Dembelenin açıqlamasına yenidən münasibət bildirib. Xatırladaq ki, Dembele demişdi: “Əgər hər kəs özü üçün oynasa, titul qazanmaq mümkün deyil.”
Sportal.az xəbır verir ki, Enrike isə mətbuat konfransında sərt mövqe göstərib:
“Mən oyundan sonra futbolçuların şərhlərini qiymətləndirmirəm və onlara cavab vermək fikrində deyiləm. Heç vaxt bir oyunçunun özünü klubdan üstün tutmasına icazə vermərəm.
PSJ-nin ətrafında həmişə çox səs-küy olur. Bununla barışmaq lazımdır… və bu qədər. Dediklərim tam aydındır. Bu klubun ətrafında daim səs-küy var və biz artıq buna öyrəşmişik.”
saytlarin hazirlanmasi
