Lamin Yamal bu mövsüm Avropanın beş aparıcı liqasında 100 uğurlu driblinq edən ilk futbolçu olub.
Sportal.az xəbər verir ki, “Barselona”nın 18 yaşlı vingerinə bu nəticə üçün 199 cəhd lazım olub. Reytinqdə ikinci yerdə isə Yan Diomande qərarlaşıb. “Leyptsiq”in hücumçusu 138 cəhddən 74 uğurlu driblinq edib.
Beləliklə, Yamal göstərici baxımından rəqiblərini xeyli qabaqlayır və artıq Avropada ən məhsuldar driblinqçilərdən biri kimi seçilir.
saytlarin hazirlanmasi
