"Liverpul" "Reall"ın transfer siyahısında yer alan Dominik Soboslai ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, İngiltərə çempionu macarıstanlı futbolçunu satmayacaq. Bu barədə "TEAMtalk" məlumat yayıb.
Mersisayd təmsilçisi Soboslainin müqaviləsini uzatmağı planlaşdırır. Premyer Liqa nəhəngi yeni sözləşmə ilə 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin maaşını artıracaq.
Qeyd edək ki, "Liverpul" Dominik Soboslaini 2023-cü ilin yayına "Leypziq"dən 70 milyon avroya transfer edib. Macarıstan millisinin üzvü bu mövsüm "qırmızılar"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
