"Başqalarının ondan öyrənəcəyi çox şey var"

10:48 - 18 Fevral 2026

"Milan"ın baş məşqçisi Massimiliano Alleqri hesab edir ki, Luka Modriç futbola olan sevgisi sayəsində yüksək səviyyədə oynamağa davam edir.

Sportal.az "Milan News"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis xorvat futbolçu haqda verilən sualı bu cür cavablandırıb: 

- Modriçin hələ də komandaya bu qədər töhfə verə biləcəyini gözləyirdiniz?

Lukanın sirri onun futbola olan ehtirası, saf sevgisidir ki, bu da onu belə oynamağa, bəzən üzrxahlıq etməyə və pis ötürmə etdikdə özünə əsəbiləşməyə vadar edir. O, bir ötürməni səhv verirsə, 50-60-nı düz edir. Məşqə və matçlara sakit yanaşması...Başqalarının ondan öyrənəcəyi çox şey var. Lukanın ifadəsi matçın həlledici anında dəyişir. Böyük çempionların əsas məqsədi budur".

Bu mövsüm 40 yaşlı Modriç 26 oyun keçirib, iki qol vurub və üç məhsuldar ötürmə edib.

Xəbər xətti