Millimizin İnkişaf Turniri üçün yekun heyəti açıqlandı

13:04 - 18 Fevral 2026

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarusun paytaxtı Minskdə keçiriləcək Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib.

Sportal.az xəbər verir ki, turnirdə 8 komanda 2 qrup üzrə yarışacaq. Millimiz B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.

U-18-in yekun heyətini nəzərinizə çatdırırıq:

Nr.

 Adı / Soyadı

Klub

1

Nurəziz Əzizov

Neftçi

2

Bilal Hacıyev

Qarabağ

3

Uğur Qurbanlı

Qarabağ

4

Rəşad Gülüşov

Sabah

5

Atacan Məmmədov

Marcet (İspaniya)

6

Səttar Tahirzadə

Marcet (İspaniya)

7

Muhamməd Çodarov

Marcet (İspaniya)

8

İsmayıl Səfərli

Neftçi

9

Amin Rzayev

Qarabağ

10

Sahib Xəlilli

Neftçi

11

Eldar Abbasov

Qarabağ

12

Raul İsaqov

Kəpəz

13

Nihad Hüseynzadə

Sabah

14

Musa Mustafayev

Zirə

15

İbrahim Xəlilov

Sabah

16

Samir Şərifov

Sabah

17

Pünhan Kərimov

Marcet (İspaniya)

18

Emin Süleymanov

Neftçi

19

Əli Bəşirov

Qarabağ

20

Kamal Zülfiyev

Sumqayıt

21

Nicat Kərimov

Sabah

19 fevral
13:50. Azərbaycan – Rusiya

20 fevral
14:20. Azərbaycan – Özbəkistan

21 fevral
16:40. Belarus – Azərbaycan

Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Qeyd: Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Xəbər xətti