"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram Sportal.az saytına açıqlama verib. Moldovalı qolkiper komandasının Misli Premyer Liqasının 20-ci turunda “Sumqayıt” üzərindəki qələbəsini şərh edib:
"Yaxşı, maraqlı oyun oldu. Hamımız sona qədər mübarizə apardıq. Əsas odur ki, komanda işinin öhdəsindən gəldi, çox vacib və lazım olan qələbə qazandı. Buna görə də komandanı, rəhbərliyi, məşqçilər korpusunu təbrik edirəm. Artıq bu oyun geridə qaldı. İrəliləməyə davam edəcəyik ki, daha çox qələbələr qazanaq".
Avram komandasının avrokuboklar uğrunda mübarizədə hədəflərindən də bəhs edib: "Qarşıda çox oyun var. Biz işləməyə, oyunları oynamağa davam edirik, qələbələr qazanmağa çalışırıq. Bu da çox vacibdir. Mövsümün sonuna hələ çox vaxt var. Sonda necə olacağını görəcəyik. Hər halda, biz öz işimizə fokuslanmışıq".
"Araz-Naxçıvan"ın moldovalı futbolçusu növbəti turda "Karvan-Yevlax"la görüşdəki şanslarından da danışıb: "Sumqayıt"a qarşı görüş artıq geridə qaldı. Artıq “Karvan-Yevlax”la matça hazırlaşırıq. Heç bir oyun asan keçmir. Bu görüş də belə olacaq. "Karvan-Yevlax"a qarşı da səfərdə oynayacağıq, asan olmayacaq. Rəqibimiz də yaxşı komandadır. Hər halda, qələbə qazanmağa çalışacağıq".
Mirbağırağa
