"Qarabağ"ın qapıçısı polşalı Mateuş Koxalski zədə səbəbindən Misli Premyer Liqasının 20-ci turunun "İmişli"yə qarşı görüşünü buraxmışdı.
Sportal.az xəbər verir ki, komandanın həkimləri polşalı futbolçunu Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda “Nyukasl”la görüşdə hazır olması üçün çalışırlar.
Koxalski “İmişli” ilə görüşdən əvvəlki məşqdə bud əzələsindən zədələnib. Onun "Nyukasl"la matçda meydana çıxıb-çıxmayacağı hələ ki sual altındadır.
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.
saytlarin hazirlanmasi
