“Benfika” “Real”ın yarımmüdafiəçisi Federico Valverde ilə bağlı insidentə görə UEFA-ya şikayət edib.
Sportal.az xəbər verir ki, portuqaliya klubu Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda ilk cavab oyununda İspaniya təmsilçisinə 0:1 hesabı ilə uduzub. Oyunun 82-ci dəqiqəsində Valverde rəqib müdafiəçi Samuel Dala vurub. O, başını tutaraq yerə yıxılıb. Uruqvaylı futbolçu cəzalandırılmayıb.
“Benfika” hesab edir ki, Valverde bu epizodda qırmızı vərəqə almalı idi və klub mövqeyini UEFA-ya çatdırıb. Oyunun baş hakimliyi Fransua Leteksiyə həvalə olunmuşdu.
saytlarin hazirlanmasi
