Futbol üzrə Azərbaycan I Liqasında XV turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün "Şəfa" Binqə qəsəbə stadionunda "Mingəçeviri"i qəbul edib. 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.
Xallarını 33-ə yüksəldən "Şəfa" liderliyini davam etdirir. 26 xalı olan "Mingəçevir" isə 3-cü pilləyə yüksəlib.
"Şəfa" - "Mingəçevir" 2:2
Qollar: N.Əliyev, 2, E.Zamanov, 8 (pen) - C.Cəbrayılov, 63, T.Fərmanov, 90+4
Qırmızı vərəqə: V.Həsənov, 83
