“Turan-Tovuz”un müdafiəçisi Enrike Silva Misli Premyer Liqasının 20-ci turunda qarşılaşdıqları “Şamaxı”(0:0) ilə matç haqda danışıb.
Sportal.az saytına açıqlama verən braziliyalı sabah Premyer Liqanın 21-ci turunda oynayacaqları “Zirə” ilə görüşdən gözləntilərini də açıqlayıb:
“Şamaxıda meydançanın vəziyyəti ağır idi. Belə meydançalarda oynamaq çətindir. Bundan əlavə, “Şamaxı” ümumilikdə yaxşı komandadır. Ən yaxşı oyunumuzu göstərə bilmədik. Hesabı açmaq üçün çox şans yaratmadıq. İki vacib xal itirdiyimiz üçün məyus olduq. Amma ehtiyatda daha bir oyunumuz var ki, bu da üçüncü yerə yüksəlməyimizə kömək edə bilər.
Birbaşa rəqiblərimizdən biri olan "Zirə" ilə oyuna ciddi hazırlaşırıq. Rəqib çox güclüdür, amma məqsədimiz yalnız qələbə qazanmaqdır".
