"Bu, indiyədək getdiyimiz ən möhtəşəm səfər oldu" - "Nyukasl" azarkeşləri

14:39 - 19 Fevral 2026

UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la ilk oyunu üçün Bakıya gəlmiş "Nyukasl" azarkeşləri Azərbaycana təşəkkür ediblər.

Sportal.az xəbər verir ki, azarkeş qrupunun sosial şəbəkə hesabında edilən paylaşımda Bakı səfərinin möhtəşəm olduğu bildirilib:

“Son günlər ərzində göstərilən isti qarşılanma və qonaqpərvərliyə görə Bakıya, Azərbaycan xalqına təşəkkür edirik.

Gözəl şəhərdir və imkan düşərsə, hər kəsə mütləq ziyarət etməyi tövsiyə edirik. Bu, indiyədək getdiyimiz ən möhtəşəm səfər oldu”.

Xəbər xətti