Futbol üzrə Azərbaycan I Liqasında XV tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün "Şimal" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Şahdağ Qusar"ı qəbul edib. Qarşılaşma qusarlıların minimal hesablı qələbəsi ilə başa çatıb.
Ardıcıl 3-cü qələbəsini qazanan "Şahdağ Qusar" 21 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 5 xalı olan "Şimal" isə sonuncu yerdədir.
"Şimal" - "Şahdağ Qusar" 0:1
Qol: V.Əliyev, 40
Qırmızı vərəqə: V.Əliyev, 65
